Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:59

Rəsmiyyə Sabir. Qloballaşma və XXI əsrin cocuğu


Mən zəmanə cocuğuyam
XXI əsrə oxşayıram.
Zənci musiqisini sevirəm.
Hip-hop
hop-hop,
tap-tup,
gup-gup,
yap-gop,
hap-gopdur mənim sevimli musiqim.
Mən zəmanə cocuğuyam
XXI əsrə oxşayıram.

Məni yuxuya vermir laylalar.
Bütün laylalar uşaqlığımızı
yatızdırmaq üçündür.
Mən zəmanə cocuğuyam
XXI əsrə oxşayıram.
Gündüzləri evimizin yaxınlığındakı
İNTERNET klubda keçirirəm.
Saatlarla “Chat”da məşğul oluram.
Bayağı sözlər eşitməkdən
xoşum gəlir.
Mən zəmanə cocuğuyam
XXI əsrə oxşayıram.
Gecələri TUNEL diskoklubunda keçirirəm.
Rəngbərəng işıqlar,
qadınların siqaret çəkməyi
məni sevindirir.
Mən zəmanə cocuğuyam
ÖZÜMÜ unutmuşam
Həyatı dərk etmək istəyirəm…

Günün bütün mövzuları

XS
SM
MD
LG