Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:00

Rəsmiyyə Sabir. Mən insanam


Mən caniyəm!
Günəşi görmək üçün
barmaqlıqlar arxasından
boylanıram.

Mən oğruyam!
Günəşi görmək üçün
gecələrin içindən
boylanıram.

Mən bomcam!
Günəşi görmək üçün
səfalətin içindən
boylanıram.

Mən küçə uşağıyam!
Günəşi görmək üçün
şəhərin səkilərindən
boylanıram.

Mən insanam!
Günəşi görmək üçün
öz içimdən boylanıram.
Boylanıram…. Boylanıram….
Oyanıram… oyanıram….
XS
SM
MD
LG