Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:32

Rəsmiyyə Sabir. Fəsillər


Küləkdən xəbər aldım səni.
Dəli kimi əsdi.
Mənim ümidimi kəsdi.

Günəşdən xəbər aldım səni.
Qəzəbindən alışıb yandı.
Elə bil zaman dayandı.

Yağışdan xəbər aldım səni.
Hönkür-hönkür ağladı.
Dilimi-ağzımı bağladı.

Qardan xəbər aldım səni.
Yağdı saçlarıma, yağdı...
İndi həsrətin keçilməz dağdı...

Günün bütün mövzuları

XS
SM
MD
LG