Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:21

Suriyanın Homs şəhərinə ordu yeridilib, ölənlər var


Suriyanın Homs şəhərinə tank və canlı qüvvələr yeridilib.

Yerli hüquq müdafiəçiləri bütün gecə boyu şəhərdə atışma getdiyini, onlarla adamın öldürüldüyünü xəbər verirlər.

Dünən Homs şəhəri və Deraa əyaləti də daxil olmaqla ölkə boyu toqquşmalarda azı 30 adamın öldürüldüyü bildirilir.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

Yerli hüquq müdafiəçiləri bu müddət ərzində 2 minə yaxın adamın öldürüldüyünü deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG