Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:26

Şimali Koreya lideri Rusiyada rəsmi səfərdədir


Şimali Koreya lideri Kim Jong İl Rusiyada rəsmi səfərdədir.

Bu barədə Kremlin mətbuat xidməti xəbər verir.

Onun səfər çərçivəsində həmçinin Uzaq Şərq və Sibirə baş çəkəcəyi gözlənilir.

O səfər zamanı Rusiya prezidenti Dimitri Medvedev və digər ölkə rəsmilərilə görüşəcək.

Məlumatlara görə liderlər Ulan-Udedə görüşəcəklər.

Bu 2002-ci ildən bu yana Kim Jong İlin Rusiyaya ilk səfəridir.

Pxenyanın məlumatına görə Moskva Şimali və Cənubi Koreya ilə energetika sahəsində əməkdaşlığı genişləndirmək fikrindədir və hər iki ölkəyə birgə qaz kəməri tikməyi təklif edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG