Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:08

Liviya üsyançıları Breqa şəhərini ələ keçirib


Liviya üsyançıları bir həftəlik mühasirədən sonra liman şəhəri olan Breqanı ələ keçiriblər.

Ölkənin ən iri neft terminalları bu şəhərdədir.

Üsyançıların nümayəndələri şəhərin bütün rayonlarının tam nəzarətə götürüldüyünü deyirlər.

Breqa paytaxt Tripolinin 750 kilometrliyində yerləşir.

Paytaxt Tripoliyə isə hücum davam edir.

Hazırda əl Zaviyə və Zliten şəhərlərində döyüşlər gedir.

Təkcə Zelitendə 30-dan çox üsyançının öldürüldüyü bildirilir.

Qaddafi qüvvələrinin nə qədər itki verdiyi bəlli deyil.
XS
SM
MD
LG