Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:30

İraq ABŞ əsgərlərinin mandatını uzatmağa razılıq verdi


ABŞ əsgərləri bu ilin sonuna qədər İraqdan çıxmalı idilər. Amma ABŞ Müdafiə naziri Leon Panetta deyib ki, İraq Amerika əsgərlərinin həmin müddət başa çatandan sonra da ölkədə qalmasına razılıq verib.

Amerikanın 46 minlik qoşun hissələrinin çoxu bütün hallarda ölkəni ilin sonuna qədər tərk edəcək. Bu, iki ölkə arasında 2008-ci ildə əldə edilən razılaşmada təsbit olunub.

Amma İraq rəsmiləri bildiriblər ki, 2011-ci ildən sonra da yerli qoşun hissələrinin ölkə sərhədlərini, hava məkanını, limanlarını qorumaq üçün müəyyən sayda ABŞ hərbçilərinin yardımına ehtiyacı olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG