Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:06

“Arsenal”ın məşqçisi cəzalandırıla bilər


UEFA İngiltərənin “Arsenal” komandasının baş məşqçisi Arsen Vengerə qarşı intizam araşdırmasına başlayıb.

Buna səbəb Vengerin Çempionlar Liqasında İtaliyanın “Udineze” komandasına qarşı oyunda mobil telefondan istifadə etməsidir.

O, 1 oyunluq cəzalandırıldığı üçün oyunu tribunada izləyirmiş və oradan komandanı oyuna çıxaran məşqçi Boro Primorac-a təlimat verirmiş.

Halbuki cəzalı baş məşqçinin oyun zamanı öz komandası ilə ünsiyyəti qadağandır.

Venger “Barselona” ilə oyunda hakimə sərt sözlər dediyi üçün 1 oyunluq cəzalandırılmışdı.
XS
SM
MD
LG