Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:44

Əkrəm Əylisli: "Qadınlar arasında nə Motsart, nə də Tolstoy yetişib"


"Pen klub" proqramı. 18 avqust 2011
Gözlə

No media source currently available

0:00 0:51:23 0:00
Direct-ə keçid

"Pen klub" proqramı. 18 avqust 2011

“Ailə deyəndə burada söhbət sırf həyat yoldaşından gedir. Qadın yazarın kiminlə ailə qurması şərtdir.

Qadını yazı-pozusundan, qələmindən ayırmaq ən azı ona mənəvi işgəncə verməkdir.

Əgər düşüncə tərzləri uyğundursa, adam qadınını sevirsə, necə varsa, elə qəbul edirsə, təbii ki, ona bu işgəncəni verməyəcək.

Təəssüf ki, bizdə, ümumiyyətlə, cəmiyyətdə qadın yazar, qadın sənətçi, qadın ictimai xadimlə bağlı düşüncə formalaşmayıb. Amma təkcə kişiləri də günahlandırmaq olmaz.

Ən azından hər hansı bir ağıllı kişi istəyər ki, onun yanındakı qadın ağıllı və intellektli olsun”.


Bu fikirləri AzadlıqRadiosunun “Pen Klub” proqramında yazar Elnaz Eyvazlı bildirib.

Müzakirəyə yazarlar Zümrüd Yağmur və xalq yazıçısı Əkrəm Əylisli (telefonla) də qatılıblar.

İlqar R:

- Bəs kişi ağıllı olmayanda?

Elnaz E:

- Ümumiyyətlə, ikisindən biri ağıllı olmayanda o ailənin sonu uçurumdur. Ya da ömürlərinin sonunadək bir-birilərini yola verməlidilər.

Zümrüd Y:


Elnaz E:

- Əgər qadın sevilirsə, nəinki onun yazdığı əsər, bişirdiyi qayğanaq da tamlı olur.

Zümrüd Y:

- Amma məncə qadının böyük əsər yaratması, onun sevilib-sevilməməsi deyil, xarakter və istedad məsələsidir.
- Bir Şərq toplumu olaraq bizim ailə münasibətlərimizdə qadını yükləmələr kişiləri yükləmələrdən daha çoxdur.

Çünki biz qadını ailənin qoruyucusu, ümumiyyətlə, çəmiyyətdə əxlaqi dəyərlərin qoruyucusu kimi götürürük.

Bizə görə kişilərin hüdudsuz azadlığı, qadınlarınsa bir küncdə dayanması daha çox stereotipləşmiş düşüncə tərzidir.

Mən Elnaz xanımla o məsələdə razılaşmıram ki, ailə deyəndə qadının təkcə əri nəzərdə tutulur.

Gəlin-qayınana münasibətləri, uşaqların dünyaya gəlməsi və sair bu kimi şeylər, təbii ki, qadını yükləyir.

Üstəlik adət-ənənələr, din adı ilə ortada olan müəyyən tabular daha çox qadınları sıxır. Kişilərə hədsiz azadlığı verənlər də biz qadınlarıq. Çünki kişiləri tərbiyə edən də qadınlardır.

Qadın yazar həm də anadır. Yazdığın vaxt uşaq səndən nəsə istəyəndə yanındakı nadandırsa, buna əhəmiyyət verməyəcək.

Yox əgər yanında yazar kimi sənə dəyər verən, tamamilə qəbul edən bir kişi olsa, həmin an uşağın ehtiyacanı qarşılayacaq, sən də oturub yazı ilə məşğul olacaqsan.

İlqar R:

- Zümrüd xanım, sizin evdə uşağın həmin o istədiyini qarşılayan varmı ki, siz yazınızı davam etdirəsiniz?

Zümrüd Y:

- Bəli var. Mənim həyat yoldaşım. Mən uşaqlarımı böyütmək üçün 10 il kənara çəkilmişəm.

Çox az yazmışam. Bilirsiniz, həyat bizi sürükləyib bəlli bir yerə qoyandan sonra sakitləşir. Mənə elə gəlir ki, hər kəs həyatla dueldən qalib çıxa bilmir. Təbii ki,
Elnaz Eyvazlı

burada bir az xarakter məsələsi də var.

İlqar R:

- Elnaz xanım, siz dueldə uduzdunuz, ya necə?

Elnaz E:

- Məncə, yox, uduzmadım. Əgər, ən azı siz məni bu verilişə dəvət edibsinizsə, bir yazar olaraq tanıyıb qəbul edirsinizsə... Mən bunları dueldən qalib çıxdığım üçün əldə etmişəm. Qız uşaqlarının gəlinciyi bağrına basıb ona layla çalması göstərir ki, İlahidən onların içində bir analıq sevgisi var. Mən də bilirdiim ki, nə vaxtsa, ailə quracam, ana olacam, öz ailəm üçün yaşamalıyam.

Hər şey normal getsəydi, təbii ki, hər şeyi öz ailəmə qurban verə biləcəkdim. Amma görəndə ki səni, sənin etdiyin fədakarlıqları qiymətləndirmirlər, onda hər kəsin öz yoluna davam etməsinə qərar vermək məcburiyyətində qalırsan. Və mən buna peşman deyiləm.

Əkrəm Ə:

- Azərbaycanda qadın yazarların bir neçə nəslinin nəşriyyatda, “Azərbaycan” jurnalında müxtəlif vəzifələrdə çalışdığı vaxt, demək olar ki, mənim gözümün qarşısından keçib. Yəni qadın yazarlarımızın mətbəxinə də, xarakterinə də, yaradıcılığının xüsusiyyətlərinə də ciddi şəkildə bələdəm.

Deyirlər qadın yaradıcılığına bizdə geniş yer verirlər və sair. Bunlar hamısı nağıldır. Məsələ burasındadır ki, dinimizin özü də qadını ikinci dərəcəli bir məxluq olaraq qəbul edir.

Xüsusən sovet dövründə qadın yazarları öz yaradıcılıqlarından çox qadınlıqlarını gözə soxurdular ki, “biz qadınıq, bizə yol açılmalıdır”, “biz qadınıq bizi sıxışdırmayın” və sairə.

İndi söhbət ondan gedir ki, lap belə geniş mənada, dünya miqyas;nda götürsək, qadınlar arasında Motsart da yoxdur, Lev Tolstoy da. Baxmayaraq ki, Avropada çox böyük, güclü qadın yazarların olduğu məlumdur.

Söhbət ondadır ki, məişət qayğısı təkcə qadınlarımızı yox, kişilərimizi də çox vaxt ədəbiyyat sahəsində ciddi çalışmaq imkanlarından məhrum edib. Elə kişilərin də bir
Zümrüd Yağmur

qismi evdə qadının o hökmranlığına, zülmünə tab gatirməyib, bəzən görürsən ki, içkiyə meyl salır.. Yəni burada qarşılıqlı hörmət olmalıdır. Bir də hökmən məhəbbət olmalıdır. Bir evdə məhəbbət olmasa, o evdən heç vaxt güclü bədii əsər çıxmaz.


Elnaz E:

- Ilk növbədə, təbii ki, ailə məhəbbət əsasında qurulmalıdır. Və əgər o ailədə səmimiyyət, qarşılıqlı inam, hörmət yoxdursa, o məhəbbət gec-tez öləcək. Amma bu varsa, onda o adamlar bir-birilərinin sənətinə də, qələminiə də, hətta razılaşmadığı fikirlərinə də hörmət edəcəklər. Əkrəm müəllimlə razıyam, elə kişi yazarlar var ki, qadınları onların həyatını cəhənnəmə döndərir. Amma yazar qadınının həyatını çəhənnəmə döndərən kişilər də var.

Zümrüd Y:

- Ailəvi dost olduğumuz bir şair var. Çox gözəl şeirlər yazır. Soruşuram ki, niyə az yazırsan. Deyir mən sənin kimi şanslı deyiləm. Yazıram, xanımım buküb zibilə atır. Doğrudan da bu məsələni qadın və kişiyə ayırmaq düz deyil.

Amma Əkrəm müəllimə deyim ki, Tolstoyun “Anna Karenina”sı var. Dünyada qadın haqqında yazılan ən böyük əsər də elə qadına məxsusdur - Marqaret Mitçelin “Küləklə sovrulanlar” əsəri. Statistik sıralamada ilk yer bu əsərə məxsusdur. Əgər qadınlar az yazıbsa, bu gün Tolstoy, Dostoyevski yoxdursa, bu heç də qadınların istedadının zəifliyi demək deyil.

Mən razıyam ki, Azərbaycan qadını doğrudan da öz potensialını, istedadını realizə edə bilmir. Amma bunun səbəbini qadının istedadsızlığına, zəifliyinə, yaxud yaradılış etibarı ilə ikinci dərəcəli adam olmasına bağlamaq düz deyil.

Əkrəm Ə:

- Mən elə demədim. Dedim ki, ümumiyyətlə şüurlarda əsrlər boyu qadına ikinci dərəcəli münasibət olub. Bu proses bu gün də özünü göstərir. Amma mən heç cür deyə bilmərəm ki, qadın ikinci dərəcəlidir. Mənim özümün ən sevə-sevə yaratdığım obrazlar qadın obrazlarıdır.

İlqar bəy, mövzu çox hacalanır, bir saatlıq verlişdə hər hansı dəqiq həqiqətin üstünə gəlmək imkanlarını elə də parlaq görmürəm. Amma mən hər halda o fikirdəyəm ki, xasiyyətindən, savadından, dünyagörüşündən, cinsiyyətindən asılı olmayaraq yazıçı mənəvi ömür yaşamalıdır. Bunu bacarmalıdır. Əgər ailə-məişət və digər qayğılar bu mənəvi ömrü yaşamağa imkan vermirsə, ondan çıxış yolu axtarmaq lazımdır. Kimin bu ömrü yaşamaq üçün maneələrə qarşı dayanmağa zoru çatırsa, o böyük fədakarlıq göstərmiş olur və o da qalır yaradıcılıqda.

Hər halda hesab edirəm ki, Azərbaycan qadınının indiki vəziyyti ümidvericidir. Cəsarətli yazırlar, özlərini cəmiyyətdə göstərməyə çəhd edirlər…
Amma dünya belə qurulub ki, qadınların ədəbiyyat, incəsənət, yaxud elm sahəsində fəaliyyəti kişilərinkindən fərqli və bir qədər də az olub.


Elnaz E:

- Hər şey qarşılıqlı olmalıdır. Nəyisə tam qadının, yaxud kişinin üstünə atmaq olmaz. Əgər bilsəm ki, qarşımdakı adam məndən çox istedadlıdır, sabah ədəbiyyata, yaxud başqa sahəyə çox dəyərli əsərlər verəcək səviyyəli birisidir, mən cəmiyyəti, ölkəsi, sənəti üçün dəyərlər yetişdirməsinə kömək edər. onun yanında dayana biləcək bir qadın olaram.


İlqar R:

Əkrəm Əylisli

-Ailədə, işin-gücün cox gərgin vaxtında yazmaq məqamı gəldisə, qadın işi buraxıb yaza bilir?

Zümrüd Y:

- Yox, yaza bilmir. Bax elə Əkrəm müəllimin dediyi o “az”ların, barmaqla sayılmaların səbəbi əslində istedadsızlıq deyil.

Bax budur. Şair Taleh Həmidin misrasi var ey, “Ay aman içimdə fikirlər ölür”. Mən inanıram ki, bu səbəbdən qadın yazarların içində daha çox fikirlər ölür.

Mənim kompüterimdə “ideyalar” adlı bölməm var.

İşin gərgin vaxtında yazmalı bir fikir gələndə tez açıb ora qeyd edirəm ki, sonra üzərində işləyim. Doğrudan da qadının yükü çoxdur.

Və illərlə yığılan bu yükü qadın artıq fiziki olaraq daşıya bilmir. Elə olub ki, qızlarım onlara vaxt ayıra bilmədiyim üçün məni həkim, müəllim yox, yazar olduğuma görə qınayıblar.

Elnaz E:

- İstər qadın, istərsə də kişi üçün ailə çox vacibdir. İnsan kimdən. nədən ötrü yaşadığını bilməlidir.

Yox əgər qarşındakı həyatını cəhənnəmə döndərəcək biridirsə. Onda, əlbəttə ki, onsuz davam etmək lazımdır. Özü də ailələr bir çaydanı pilətənin üstündən götürməməyə görə dağılmır.

Heç bir normal adam bu qədər asanlıqla ailəsini dağıtmaz. Bədbəxt, yaxud xoşbəxt olan təkcə qadın deyil axı. Bu həm də kişiyə aid məsələdir.

Əkrəm Ə:

- Kişi qadını başa düşə, yaxud düşməyə bilər. İstər yazıçı olsun, istər başqası. Söhbət ondadır ki, kiminçünsə yazmadan yaşamaq mümkündürsə, o, yazmaya da bilər.

Məncə ailədə nə kişi, nə də qadın, öz yazıçılığından möhtəkircəsinə istifadə etməməlidir.


Əgər Allah qadının böynuna yazıçılığı qoyubsa, bərk ayaqda o ərindən də ayrılacaq, hətta bəzən övladlarının taleyinə də ana məhəbbətini gizlədəcək, yəni yazacaqsa, yazacaq.

Zümrüd Y:

- Əgər qadın yazmadan yaşaya bilmədiyini anlayacaqsa, istənilən şəraitdə yazacaq. Bu fikrində Əkrəm müəllimlə razıyam.

Elnaz E:

- Məncə də birisi doğrudan da yazmadan yaşaya bilməyəcəyini başa düşürsə, hansı şəraitdə olursa olsun, istər 5 uşaq ağlasın, 2 qazan daşsın, o mütləq iki daşın arasında imkan tapıb yazacaq. Çünki başqa cür mümkün deyil.

Əkrəm müəllimin sevgi barədə dediyinə gəlincə, bəli, əgər qadın sevilirsə, nəinki onun yazdığı əsər, bişirdiyi qayğanaq da tamlı olur.

Zümrüd Y:

- Amma məncə qadının böyük əsər yaratması, onun sevilib-sevilməməsi deyil, xarakter və istedad məsələsidir...


Verilişin videoyazısı isə tam olaraq yuxarıda.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG