Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:41

2 aprelçilərin məhkəməsi: 6 nəfərə cəza istəndi


Arxiv foto

Arxiv foto

Prokurorun cəza tələb etməsindən sonra mülki iddia əsasında zərərçəkənlər çıxış edib. Zərərçəkənlərin mülki iddiaları ümumilikdə 6560 manat təşkil edir. Sarvan Məhərrəmov isə avtobusuna dəymiş ziyana görə 1325 manat mülki iddia qaldırıb. Onlar mülki iddialarını müdafiə etdiklərini bildiriblər.

Daha sonra vəkillər çıxış edib. Babək Həsənovun vəkili Fəxrəddin Mehdiyev bildirib ki, dövlət ittihamçısı qanunun tələb etdiyi kimi məhkəmədə səslənən ifadələr əsasında deyil, yalnız istintaqda səslənən ifadələr əsasında öz çıxışını qurub. Vəkil bildirib ki, heç bir fakt sübut olunmadığı halda cəzanın istənilməsinin əsassız olduğunu bildirib.

Vəkil Yalçın İmanov çıxışında ittihamların və istənilən cəzanın absurd olduğunu bidirib. Vəkil müttəhimlər haqqında 3 ildən 4 il 6 ay müddətinə cəza istənilməsi haqqında deyib ki, «bu artıq hüquqi məsələ deyil, əxlaqi məsələdir». Yalçın İmanov deyib ki, mülki iddia da təmin olunmamalıdır. Çünki mülki iddiaçılar məhkəmə prosesində öz iddialarını sübut edə bilməyiblər.

Vəkil Natiq Mustafayev də öz çıxışında ittihamları əsassız adlandırıb, müttəhimlər haqqında bəraət hökmü çıxarılmasını istəyib.

Məhkəmə prosesi avqustun 24-də davam edəcək. Həmin gün digər vəkillər müdafiə çıxışı edəcək, müttəhimlər son sözlərini deyəcəklər.

***
Vəkillərin müdafiə çıxışı başlayıb.

***
Avqustun 19-da Səbayel Rayon Məhkəməsində İctimai Palatanın 2 aprel mitinqində həbs olunan AXCP fəalları Sahib Kərimov, Arif Alışlı, Babək Həsənov, Zülfüqar Eyvazlı, Müsavat fəalı Elşən Həsənov və bitərəf Elnur İsrafilovun işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı müttəhimlər haqqında cəza istəyib.

Dövlət ittihamçısı Sahib Kərimovun və Arif Alışlının 4 il 6 ay, Zülfüqar Eyvazlının və Elnur Usrafilovun 4 il, Elşən Həsənovun və Babək Həsənovun 3 il, azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilənlər Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə də ittiham olunur.

Müttəhimlər ittihamları qəbul etmir, həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG