Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:13

Əfqanıstandakı partlayışda azı 24 dinc sakin ölüb


Əfqanıstanda Herat şəhərində törədilmiş partlayışda azı 24 dinc sakin həlak olub. 11 nəfər yaralanıb.

Hakimiyyət nümayəndələrinin məlumatına görə, ölənlər arasında qadınlar və uşaqlar da var.

Ölkənin cənub-şərqində intiharçının amerikalı hərbçilərə məxsus şəhərciyin qarşısında törətdiyi partlayış nəticəsində isə iki əfqan hərbçi ölüb.

Amerikalı hərbçilər arasında itki olmayıb.
XS
SM
MD
LG