Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:13

Azərbaycanın Cənub bölgəsinin bəzi ruhaniləri beynəlxalq təşkilatlara müraciət etdi

Hacı Sədi Axundzadə: “Ancaq Qafqaz Müsəlmanlar İdarəsi bölgə adından danışa bilər”

Azərbaycanın cənub bölgəsindən olan bir qrup ruhani və dindar Azərbaycanda inanclı insanlara qarşı təqiblərlə bağlı müraciət qəbul edib.

BMT və Avropa Şurası ilə yanaşı bir sıra beynəlxalq hüquq müdafiə təşkilatlarına ünvanlanan bu müraciətdə ölkədə dindar insanlara qarşı repressiya aparıldığı bildirilir.

FaktXeber.com-un verdiyi məlumata görə, müraciət Azərbaycan ruhanilərinin keçirdiyi Vəhdət Məclisində qəbul edilib. Müraciətdə qeyd olunur ki, son 1 il ərzində Azərbaycanda dövlət məmurlarınən inanclı insanlara qarşı zorakılıq və represiyaları müşahidə olunur:

“Dindarların şərlənərək həbs olunması, ibadət yerlərinin qanunsuz olaraq dağıdılması və inanclı qızların təhsil ocaqlarına buraxılmaması və s. kimi halları nəzərə alaraq, Azərbaycanda inanclı insanlara qarşı cinayət baş verdiyini deyə bilərik”.

Müraciət sahibləri xahiş edirlər ki, BMT və digər qurumlar bu olaylara dərhal son qoyulması üçün əllərindən gələni etsin. Həmçinin, Azərbaycan dövlətindən insan haqqlarının qorunması ilə bağlı götürdüyü öhdəliklərin hamısına əməl etməsi tələb olunsun.

Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadə isə bir qrup dindarın bölgə adından belə bir müraciət verməsini düzgün saymır:

“Müraciətin forması var. Xalqın, cəmiyyətin, ümumi dindarların adından danışmaq səlahiyyəti hər kimə, təşkilata verilmir. Ümumi dindarlarn iradəsini ifadə etmək yalnız Qafqaz Müsəlmanlar İdarəsinin səhiyyətində olan bir işdir”.

Hacı Sədi Axundzadə hesab edir ki, isətinlən şəxs öz adından hansısa quruma müraciət edə bilər. Amma ümumi ruhanilərin adından bu cür fikirləri səsləndirilməsi düzgün deyil.

“Bu insanlar ancaq saytlarda görünür, ictimaiyyətdə görünmürlər. Gündə 5 nəfər durub özlərindən hansısa təşkilata müracət edirsə, bu, onların şəxsi işləridir Amma bölgə adından danışmaq üçün ölkədə xüsusi qurum var və bu cür məsələləri yalnız bu qurum həll etməlidir”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG