Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:23

Dünya liderləri Suriya prezidentini istefa verməyə çağırıblar


ABŞ, Böyük Britaniya, Fransa və Almaniya Suriya prezidenti Bashar Assadı istefa verməyə çağırıblar.

Birləşmiş Ştatlar həmçinin Suriya rejiminə qarşı yeni kəskin sanksiyalar tətbiq edir.

Bu sanksiyalarda Suriyanın bütün dövlət aktivlərinin dondurulması, bu ölkəyə sərmayə qoyuluşu və bu ölkədən mal idxalının qadağan edilməsi nəzərdə tutulur.

İsveçrə isə bu arada Suriyadakı səfirini geri çağırıb.

Martın ortalarından bu yana Suriyada Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

Yerli hüquq müdafiəçiləri bu müddət ərzində 2 minə yaxın adamın öldürüldüyünü deyirlər.

Bu gün BMT-nin təhlükəsizlik şurasında Suriyadakı vəziyyətin müzakirəsi gözlənilir.
Məsələ beynəlxalq cinayət məhkəməsinə çıxarıla bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG