Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 23:13

Səməd Seyidov:«Ştrasserin fəaliyyətinə aydınlıq gətiriləcək»


Səməd Seyidov
Səməd Seyidov
Bu barədə APA-ya açıqlamasında AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.

Onun sözlərinə görə, AŞ PA-nın sentyabrın 15-də başlayacaq sessiyasında Azərbaycan tərəfi məsələylə bağlı özünün birmənalı mövqeyini ortaya qoyacaq: «Biz bu məsələdə ikili standardlara son qoyulmasını tələb etmək və mövcud olmayan məsələlərdən təzyiq kimi istifadə cəhdlərini mühakimə etmək niyyətindəyik».

Səməd Seyidov həmçinin bildirib ki, bu məsələyə dair Azərbayan tərəfinin mövqeyi sentyabrın 8-də Parisdə AŞPA-nın insan hüquqları komitəsinin iclasında da açıqlanacaq. Komitənin iclasında Azərbaycan üzrə həmməruzəçilər Jozef Debono QrexPedro Aqramuntun ölkəmizə səfərinin tarixi bəlli olacaq.

XİN-in mətbuat xidmətinin birinci katibi Elman Abdullayev AzadlıqRadiosuna müsahibəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Kristof Ştrasserə (Christoph Strässer) viza verilməməsi onun mandatı ilə bağlı olduğunu deyib.
XS
SM
MD
LG