Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:12

Türkiyə təyyarələri kürd yaraqlılarının bazalarını bombalayıb


Türkiyənin hərbi hava qüvvələri kürd yaraqlılarının İraqın şimalındakı bazalarını bombalayıb.

Türkiyə ordusunun nümayəndəsi əməliyyat zamanı 168 obyektin vurulduğunu deyir.

Əməliyyat dünən İraqla sərhəddəki Hakkari əyalətində yaraqlıların hərbi maşın karvanına hücumundan sonra keçirilib.

Bu hücum nəticəsində 11 türk hərbçisi və 1 yerli sakin həlak olub.

Terrorçu təşkilat hesab olunan Kürdüstan İşçi Partiyasının 1984-cü ildən Türkiyə hakimiyyətinə qarşı apardığı silahlı mübarizədə 40 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG