Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:32

“Azercell” və “Bakcell” RİTN-i xəbərdar edib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azercell” və “Bakcell”-dən üçüncü nəsil (3G) mobil rabitə xidmətinin tətbiqi ilə bağlı açıqladığı şərtlərə hələlik tam cavab almayıb.
Bunu AzadlıqRadiosuna nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov deyib.
“Bizə məlumat veriblər ki, şərtlərin yerinə yetirilməsi ilə bağlı işlərə başlayıblar. Amma hələlik işlərini yekunlaşdırıb nazirliyə göndərməyiblər”.
Adı çəkilən mobil operatorlardan AzadlıqRadiosuna deyiblər ki, protokolda irəli sürülən məsələlərlə bağlı tədbirlər görməkdədirlər və nazirlik də xəbərdar edilib.
İyulun 24-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində «Azercell», «Bakcell» və «Azerfon» mobil operatorlarının nümayəndələriylə onlara əlavə lisenziya və radiotezliklərin verilməsi müzakirə edilib.
Nazirliyin məlumatına görə, adı çəkilən qurumlar 5 bənddən ibarət protokola imza atıblar. Protokolda həmin qurumlarda həmkarlar ittifaqının yaradılması, arabağlantı, rouminq xidmətlərində tariflərin aşağı salınmasının davam etdirilməsi və s. məsələlərin həlli nəzərdə tutulub.
Nazirlik bildirir ki, «Azercell» və «Bakcell» protokolda nəzərdə tutulan bütün bəndlərə əməl etsə, yaxın vaxtlarda onlara 3G lisenziyası verilə bilər.
Azərbaycanda fəaliyyət göstərən 3 mobil operatordan yalnız birinə - «Azerfon» şirkətinə («Nar Mobile») 3G lisenziyası verilib.
XS
SM
MD
LG