Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:31

Aydın Mirzəzadə: «Markus Löninqin ölkəmizdə özünü məhkəmə kimi aparması yolverilməzdir»


Aydın Mirzəzadə

Aydın Mirzəzadə

«Fikrimcə, Almaniya nümayəndəsi Markus Löninq Azərbaycan ictimaiyyətindən üzr istəməlidir. O özünü məhkəmə kimi aparmağa cəhd göstərib. Bu isə yolverilməzdir».

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə yap.org.az saytına açıqlamasında belə deyib. O, Almaniyanın İnsan haqları və humanitar yardım üzrə müvəkkili Markus Löninqin Azərbaycanda insan haqları və demokratiyanın vəziyyətinə dair tənqidi fikirlərinə cavab olaraq belə söyləyib.

Aydın Mirzəzadə hesab edir ki, xarici ölkənin insan hüquqları üzrə təmsilçisi Azərbaycanla yalnız əməkdaşlıqdan danışa, öz təcrübəsini bölüşə bilər. Onun sözlərinə görə, daxili siyasətlə bağlı müxalifət tərəfindən çıxış etmək, daxili siyasəti tənqid etmək diplomata və xarici ölkə ombudsmanına yaraşmayan hərəkətdir.

«Markus Löninqin bu hərəkəti diplomatik normaların pozulması, xarici dövlət nümayəndəsinin statusundan asılı olmayaraq özünü daxili siyasətin bir subyekti kimi aparmasıdır və Azərbaycanda hakimiyyət uğrunda mübarizədə bir tərəfin mövqeyini dəstəkləməsidir».

Almaniya Hökumətinin İnsan haqları və humanitar yardım üzrə müvəkkili Markus Loning Azərbaycanda 3 günlük səfərdə olub. Loning səfər zamanı bəzi hökümət üzvləri, müxalifət, QHT nümayəndələri və gənclərlə görüşüb.

Markus Löninq jurnalistlər üçün keçirdiyi mətbuat konfransında beynəlxalq təşkilatların hesabatlarına istinad edərək demişdi ki, Azərbaycanda korrupsiyanın səviyyəsi necə pis idisə, elə də qalıb. Löninq Azərbaycanda korrupsiyaya qarşı mübarizədə heç bir yaxşılaşmanın olmadığı qənaətindədir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG