Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:02

Özbək hüquq müdafiəçi həbs olunub


Özbək hüquq müdafiəçi Elena Urlaeva ölkənin şərqi Namanqan şəhərində həbs olunub. Həmkarlarına döyüldüyünü bildirib. Bu barədə Fergana.ru saytı xəbər yayıb.

Urlaeva Özbəkistanın Hüquq Müdafiəçilər Alyansının lideridir. O, əvvəllər də həbs olunub, zorla psixiatrik xəstəxanaya yerləşdirilib, həmçinin Daşkənddə küçədə uşağının gözü qarşısında bıçaqlı bir bir kişi tərəfindən döyülüb.

Hüquq müdafiəçinin Namanqan şəhərinə getməkdə məqsədi yerli rəhbərliyin 3 televiziya jurnalistini şantajda ittiham etməsinə etiraz etmək olub.
XS
SM
MD
LG