Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 04:22

Bakıda radarların sayı artırılacaq


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, paytaxtda yaxın zamanlarda radarların sayı 1200-ə çatdırılacaq.

Bu radarlar 400 yerdə qoyulacaq. Hazırda Bakıda 387 yerdə 1108 radar var.
Əsədov radarların sayının təhlükəsizliyin təmin edilməsi və asyişə nəzarəti gücləndirmək məqsədilə artırıldığını deyir.

Radar - avtomotik işləyən sürətölçən cihaz istənilən yerdə, hətta gizli yerlərdə də qoyula bilər. Əsədov bildirib ki, radarların gizli yerlərdə qoyulmasına qanun icazə verir.

Qanunla radara düşən maşın saxlanılmalı, cihazın göstəricisinə əsasən yol polisi tərəfindən protokol tərtib edilməli və radarın göstəricisi, yəni fotoşəkil tərtib edilmiş protokola əlavə olunmalıdır.
XS
SM
MD
LG