Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:25

Suriya prezidenti hərbi əməliyyatların dayandığını deyir


Suriya prezidenti Bashar al-Assad BMT baş katibi Ban Ki-moon-a nümayişçilərə qarşı hərbi və polis əməliyyatlarının dayandırıldığını deyib. Bu barədə BMT xəbər yayıb. Qurumun bəyanatına görə, prezident Assad dünən telefon danışığı zamanı belə deyib.

Bu açıqlamadan əvvəl BMT insan haqları rəsmisinin BMT Təhlükəsizlik Şurasına müraciət edəcəyi və Beynəlxalq Cinayət Məhkəməsinin Suriyada nümayişçilərə qarşı zorakılıq iddialarını araşdırmağa çağıracağı barədə məlumat yayılıb.

Bu arada BMT-nin insan haqları üzrə ali komissarı Navi Pillay avqustun 18-də Nyu Yorkda Təhlükəsizlik Şurasında bağlı qapılar arxasında Suriyadakı vəziyyətə dair məlumat verəcək.

Mart ayından Suriyada başlayan hökumət əleyhinə nümayişlər zamanı azı 2 min nəfərin öldüyü, minlərlə adamın həbs edildiyi bildirilir.
XS
SM
MD
LG