Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:56

BMT əməkdaşlarını Suriyadan çıxarır


BMT Suriiyadakı əməkdaşlarının bir qismini bu ölkədən çıxarıb.

BMT-nin Livandakı xüsusi koordinatoru Michael Williams artıq təşkilatın 26 əməkdaşının Suriyadan çıxarıldığını xəbər verir.

Rusiya isə bu arada Birləşmiş Ştatların çağırışına baxmayaraq Suriyaya silah satışının davam etdiriləcəyini bəyan edib.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

Suriya hakimiyyəti bu etirazları yatırmaq üçün hərbi küc tətbiq edir.

Yerli hüquq müdafiəçiləri bu müddət ərzində azı 1700 adamın öldürüldüyünü deyirlər.
XS
SM
MD
LG