Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:23
Azərbaycan prezidenti İlham Əliyev MDB dövlət başçılarının sentyabrın 2-3-də Düşənbədə keçiriləcək sammitində iştirak etməyəcək.

Azərbaycanı bu sammitdə baş nazir Artur Rəsizadə təmsil edəcək.

Məsələyə aydınlıq gətirməyə çalışan “Nezavisimaya qazeta” ekspertlərə istinadla yazır ki, səbəb İlham Əliyevlə Dimitri Medvedevin Soçi görüşü zamanı Qarabağ danışıqlarının uğursuz olmasıdır.

Ekspertlər İlham Əliyevin bu addımını Moskvaya bir mesay hesab edirlər.

Onların fikrincə Rusiya münaqişələrin həllində artıq bir vasitəçi kimi etibarınıi itirir.

Karnegi Mərkəzi Moskva bürosunun eksperti Aleksey Malaşenko hesab edir ki, İlham Əliyevin bu addımı Rusiya üçün yaxşı deyil və o tərəfdaşların gözündə vasitəçilik obrazını itirərək erməni lobbiçiliyi imicini qazanır.

Məhz ehtiyyatlı və ağıllı siyasətçi İlham Əliyevin bunu etməsi onun hansı həddə çatdırılmasından xəbər verir və Əliyevin bu addımı MDB-nin səmərəsizliyindən xəbər verir.

Qəzet yazır ki, Rəsmi Bakı əvvəlcə İlham Əliyevin bu görüşdə iştirakını təsdiqləsə də 3 gündən sonra qərarını dəyişib və bu belə bir ehtimal doğurur ki, o məhz bununla Qarabağ danışıqları ətrafında baş verən son hadisələrə etiraz bildirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG