Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:37

Rusiya Suriyaya silah satışını davam etdirəcəyini deyir


ABŞ dövlət katibi Hillary Clinton Rusiyanı Suriyaya silah satışını dayandırmağa çağırsa da Moskva bu sahədə Suriyayla imzalanmış müqavilənin həyata keçiriləcəyini bəyan edib.

“Rosoboroneksport” un direktoru Anatoliy İsaykin bildirib ki, nəqədər ki, Suriyaya qarşı sanksiya tətbiq edilməyib, biz müqavilənin öhtəliklərini yerinə yetirməliyik.

Suriya bu müqavilə əsasənda Rusiyadan zenit qurğuları, hərbi təyyarələr və digər silahlar alır.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

Suriya hakimiyyəti bu etirazları yatırmaq üçün hərbi küc tətbiq edir.

Yerli hüquq müdafiəçiləri bu müddət ərzində 2 minə yaxın adamın öldürüldüyünü deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG