Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:52

Prezident Şağan qəsəbəsində olub


Avqustun 17-də Prezidenti İlham Əliyev Xəzər rayonunun Şağan qəsəbəsində olub. Bu barədə Azərtac məlumat yayıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib ki, qəsəbədə işıq, su və qazlaşdırma ilə bağlı bütün məsələlər demək olar ki, həllini tapıb. Şağan qəsəbəsində kanalizasiya sisteminin quraşdırılması da nəzərdə tutulub.

Qəsəbə sakinləri ilə görüşərkən isə sakinlər prezidentdən Şağanda yeni mədəniyyət evinin inşa olunmasını və qəsəbədəki 124 nömrəli orta məktəb binası üçün yeni korpusun tikilməsini xahiş ediblər.

Məktəblə tanışlıqdan sonra İ.Əliyev qəsəbədəki şagird sıxlığını nəzərə alaraq əlavə korpusun əvəzinə gələn il üçün Şağan qəsəbəsində 1000 şagird yerlik yeni məktəb binasının inşa olunması ilə bağlı göstəriş verib.
XS
SM
MD
LG