Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:51

Bu il Azərbaycanda boş qalan bələdiyyələrə seçkilər keçiriləcək


Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) avqustun 17-də keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, ötən bələdiyyə seçkilərindən sonra bir neçə bələdiyyədə problemlər yaranıb və bələdiyyələr buraxılıb. Ona görə də 9 bələdiyyədə boş qalan yerlərə seçkilər keçiriləcək.

"Bələdiyyə seçkilərinin keçirilməsi bu il bizim qarşımızda duran əsas məsələdir. Ona görə də çalışacağıq ki, bu il ərzində sözügedən məsələni reallaşdıraq" - Pənahov əlavə edib.

Sonuncu bələdiyyə seçkisi 2009-cu ilin sonunda keçirilib. /Trend/
XS
SM
MD
LG