Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:49

Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisidə 10,4 milyon dollar yoxa çıxıb


Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzi yazır.

Mərkəz bildirir ki, ABŞ-ın Şəffaflıq Üzrə Tərəfdaşlıq Fondunun dəstəyi ilə Dövlət Neft Fondu tərəfindən maliyyələşən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə çəkilən xərclərin monitorinqini davam ediblər. Monitorinq qrupunun üzvləri bu yaxınlarda Gürcüstan və Türkiyədə səfərdə olublar.

Monitorinq zamanı Azərbaycan dövlət agentliklərinin yaydıqları xərc göstəricilərində bəzi fərqlər üzə çıxarıb. Məsələn, Azərbaycanın Nəqliyyat nazirliyi ötən il tikinti işlərinə 58.5 milyon dollar sərf edildiyini açıqlasa da, Dövlət Neft Fondunun eyni göstəricisi 48.1 milyon dollardır. Yalnız 2011-ci ildə xərc fərqi 10,4 milyon dollardır. 10,4 milyon dolların hara itirildiyi barədə məlumat yoxdur” deyə mərkəz qeyd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG