Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:31

Xətai rayon Hərbi Komissarlığında yoxlamalar başlayıb, həbs olunan var



Respublika Hərbi Prokurorluğu Bakının Xətai Rayon Hərbi Komissarlığında yoxlamalara başlayıb. Bu barədə APA informasiya agentliyinə hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, yoxlamalar zamanı komissarlıqda ciddi korrupsiya faktları aşkarlanıb. Korrupsiya faktları ilə bağlı artıq Xətai rayon hərbi komissarının müavini olmuş, bir neçə ay əvvəl təqaüdə göndərilən Davud Hüseynov saxlanıb. Komissarlığın daha bir neçə əməkdaşının tutulacağı da istisna edilmir.

Xətai rayonunun hərbi komissarı polkovnik-leytenant Niyzai Məmmədov agentliyin sorğusuna cavabında yopxlamaları təsdiqləsə də, bu barədə ətraflı məlumat verməyib.

Bir müddət əvvəl Respublika Hərbi Komissarlığının Kadrlar İdarəsinin rəisi, polkovnik-leytenant Etibar Nuriyev də korrupsiya ittihamları ilə saxlanıb.
Bu mövzuda daha ətraflı
Respublikanın hərbi prokuroru Xanlar Vəliyev bildirib ki, bu il Hərbi Prokurorluq orqanları korrupsiya və rüşvətxorluq halları ilə bağlı 58 fakt üzrə cinayət işi başlayıb. Respublika Hərbi Prokurorluğu hərbi komissarlıqlarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən qanunsuz möhlət verilməsi və valideynlərindən rüşvət alınması ilə bağlı hallar aşkar edib.

Buna görə Bakının Binəqədi, Suraxanı rayonları, Sumqayıt şəhər və respublikanın digər rayon hərbi komissarları barəsində Cinayət Məcəlləsinin rüşvət alma, vəzifə saxtakarlığı, hakimiyyətdən sui-istifadə kimi maddələri ilə cinayət işlər başlanıb. Bu cinayətlərdə ittiham olunan adamlar on ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

Bu ilin əvvəlindən Azərbaycan korrupsiya əleyhinə rəsmi mübarizə aparıldığı deyilir. Amma yerli ekspertlər hələlik bu mübarizənin real nəticələrinin olmadığını bildirirlər.

Şərhləri göstər

XS
SM
MD
LG