Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:24

Türkmənistan prezidenti bütün çanaq antenlərini yığışdırmağa göstəriş verib


Türkmənistan prezidenti Qurbanqulu Berdımuxamedov deyib ki, paytaxt Aşqabaddan bütün peyk antenləri yığışdırılmalıdır.

Prezident nəqliyyat və komunikasiya nazirinə deyib ki, “bu sahədə qayda-qanun yaradılmalıdır. Hər binanın üstündə onlarla çanaq anteni var. Bunlar binaların memarlığını pozur. Buna görə, biz bütün bu binalara kabel televiziyası çəkməliyik. 2-3 çanaq antenindən başqa binaların üstündən bütün peyk antenləri yığışdırılmalıdır”.
XS
SM
MD
LG