Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:41
BMT-nin İnsan Haqları üzrə Ali Komissarının sözçüsü Rupert Colville bildirib ki, “avqustun 11-də Bakıda Sülh və Demokratiya İnstitutunun və eləcə də daha iki vacib QHT-nin – Minaların Qadağan Olunması üzrə Azərbaycan Kampaniyasının və Qadın Böhran Mərkəzinin ofislərinin yerləşdiyi binanın dağıdılmasından narahatdırlar.”

Qeyd olunur ki, “Qadın Böhran Mərkəzi böhranda qadınlara, eləcə də zorakılıq qurbanlarına yardım göstərən yeganə təşkilatdır.”

Colville bildirib ki, "may ayında Bakı məhkəməsinin verdiyi qərar Sülh və Demokratiya İnstitutunun direktorunun ailəsinin sahibi olduğu bu binanı sökməyi qadağan edir.
Bu qərara baxmayaraq Bakı Şəhər İcra hakimiyyətinin buldozerləri xəbərdarlıq etmədən binanı söküblər."

Colville deyib : “Biz Azərbaycan hökumətini Sülh və Demokratiya İnstitutuna və digər insan haqları müdafiəçilərinə təhlükəsiz iş şəraitini təmin etməyə çağırırıq”.

“Azərbaycan hökuməti beynəlxalq və regional öhdəlikləri ratifikasiya edib ki, bu öhdəliklər mülkiyyət hüquqlarını pozmağı, güclə evindıən çıxarılmanı qadağan edir”.

“2009-cu ilin iyununda İnsan Haqları Şurasının Universal Dövri Baxışında Azərbaycan hökuməti “azad toplaşmaq azadlığına təminat verilməsində səyləri artırmaq, insan haqları müdafiəçilərinin işinə hörmət qoymaq” tövsiyyəsini qəbul edib.

Biz Azərbaycan hökumətini bu öhdəliyə əməl etməyə çağırırıq.”

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG