Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:16

Tacikistanda BBC müxbirinin məhkəməsi başlayıb


Avqustun 16-da Tacikistanda qadağan olunmuş radikal islamçı Hizbut-Tahrir qruplaşması ilə əlaqədə ittiham olunan BBC müxbirinin məhkəməsi başlayıb.

59 yaşlı Urunboy Usmonov ittihamları qəbul etmir və Hizb ut-Tahrir üzvləri ilə görüşlərinin sırf peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Məlumata görə, o, regionda fəaliyyətinin tərkib hissəsi kimi qadağan olunmuş qruplaşmanın bəzi üzvlərindən müsahibə alıb.

BBC ittihamı tamamilə əsassız sayır.

Urunboy Usmonovun həbsi beynəlxalq mətbuat və insan haqları qrupları tərəfindən pislənib və senzuraya cəhd adlandırılıb.
XS
SM
MD
LG