Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:25

Suriyanın Latakiya şəhərində tanklardan istifadə olunub


Dördüncü gündür Suriyanın hökumət qüvvələrinin ölkənin şimalındakı Latakaiya liman şəhərində hərbi əməliyyatları davam edir. Bu gün tanklardan istifadə edilib.

Sakinlər bildirir ki, şəhər mühasirə olunub və əsas xətlər kəsilib.

Latakiyada 30-a yaxın adamın öldüyü bildirilir.

BMT-nin məlumatına görə isə Lataksiya şəhərində qaçqın düşərgəsində məskunlaşan 10 min fələstinlidən 5 mini əməliyyatlara görə, ərazini tərk etməyə məcbur olub.

Hüquq-müdafiəçiləri yarım ildə Suriyada 1700 nəfərin öldüyünü bildirir. Etirazçılar prezident Bashar al-Assadin istefasını və demokratik islahatların keçirilməsini tələb edir.
XS
SM
MD
LG