Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:51

«Azərbaycan inkişaf templərinə görə dünyada ən qabaqcıl yerlərdədir»


«Bu gün Azərbaycan iqtisadi və sosial inkişaf templərinə görə dünya miqyasında ən qabaqcıl yerlərdədir».

Bunu avqustun 15-də prezident İlham Əliyev Siyəzən rayonun ictimaiyyətinin nümayəndələri ilə görüşərkən deyib.

Prezident bildirib ki, Azərbaycanda son illər ərzində geniş quruculuq işləri aparılır. Bütün bölgələrdə canlanma, inkişaf var, konkret layihələr icra edilir.

Prezidentin sözlərinə görə, inkişaf etmiş ölkələrdə sosial ödəmələr, sosial proqramlar kəsilir, azalır, ixtisar edilir, maaşlar kəsilir, dövlət qurumlarında işləyənlərin iş yerləri bağlanır. Azərbaycanda iş yerləri açılır, maaşlar, pensiyalar artırılır, sosial proqramlar icra edilir. Bir dənə də olsun sosial proqramda geriləmə, yaxud da ki, ixtisar olmayıb.
XS
SM
MD
LG