Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:57

2 aprel aksiyasına görə tutulan 4 nəfərin məhkəməsidir


Avqustun 16-da 2 aprel aksiyasına görə saxlananlardan dörd nəfərin - Elnur Məcidli, Əhəd Məmmədli, Rüfət Hacıbəyli və Ülvi Quliyevin məhkəməsi davam edəcək.

Ötən prosesdə 16 nəfərlik zalda yalnız təqsirləndirilənlərin yaxınları və partiya üzvləri əyləşə bilib. Məhkəmədə audio,video çəkilişlər aparmağa icazə verilməyib.

İctimai Palata bu ilin aprelin 2-də aksiya keçirib, bundan sonra 13 nəfər saxlanıb, 14 nəfər haqda cinayət işi qaldırılıb.

Elnur Məcidli, Ülvi Quliyev, Rüfət Hacıbəyli və Əhəd Məmmədli Cinayət Məcəlləsinin 233 və 315.1 maddəsi ilə ittiham olunurlar. Onlar ictimai asayişi pozmaqda və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə təqsirli bilinirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG