Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:29

2 aprel məhbuslarından 6-nın məhkəmə istintaqı yekunlaşdı, Ruslan Bəşirlinin məhkəməsi olacaq...


Mətbuat icmalı
Mətbuat icmalı
«Azadlıq» qəzeti: RUSLAN BƏŞİRLİNİN MƏHKƏMƏSİ OLACAQ

1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan «Yeni Fikir» Gənclər Hərəkatının sədri Ruslan Bəşirlinin vaxtından əvvəl azad edilməsi ilə bağlı məhkəməyə müraciət olunub. Bu barədə «Azadlıq»a Ruslan Bəşirlinin vəkili Tahir Xanəliyev məlumat verib. Müraciət cəzaçəkmə müəssisəsinin rəisinə də təqdim edilib. R.Bəşirlinin vaxtından əvvəl azad olunmaq müddətinin çoxdan keçdiyini deyən vəkil hakimiyyətin gənc fəalı azadlığa buraxmaq istəməməsini ona qarşı qəzəbinin göstəricisi adlandırıb:

«Ruslan Bəşirlinin vaxtından əvvəl azadlığa buraxılmaması üçün heç bir əsas yoxdur. O, artıq cəzasının dörddə üçünü çəkib və azadlığa buraxıla bilər».

T.Xanəliyev deyir ki, işə avqustun 18-də Nizami rayon Məhkəməsində hakim Rafael Əliyevin sədrliyi ilə baxılacaq.

R.Bəşirlinin atası Cəlil Bəşirli müraciətin nəticə verib-verməyəcəyini bilmir. Amma hesab edir ki, nəticədən asılı olmayaraq bu müraciəti etməli idilər:

«Qanunla məhbus cəzasının üçdə ikisini çəkəndən sonra vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edə bilər. Ruslan o müddəti çoxdan keçib, 7 ildən cəmi 11 ayı qalıb. Əslində çoxdan azadlığa çıxmalı idi. Buraxmırlarsa, deməli siyasi əqidəsinə görədir».

«Yeni Müsavat» qəzeti: VİCDAN MƏHBUSLARININ ALTISININ MƏHKƏMƏ İSTİNTAQI YEKUNLAŞDI

Avqustun 15-də Səbail rayon Məhkəməsində İctimai Palatanın 2 aprel aksiyası zamanı həbs edilənlərdən altısının - Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazlı, Babək Həsənov, Elnur İsrəfilovElşən Həsənovun işi üzrə proses davam etdirilib.

Vəkillər məhkəmədə təkid ediblər ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı məhkəmədə dindirilsin. Onların fikrincə, baş verən hadisələrin kökündə dayanan əsas səbəb meriyanın mitinqə icazə verməmək haqda qərarıdır.

Hakim bildirib ki, bu vəsatətə sənədlərin - ANS, «Lider», AzTV və İctimai Televiziyanın aksiyadan çəkdikləri kadrların tədqiqindən sonra baxıla bilər.

Kadrların təkrar-təkrar nümayişi zamanı siyasi məhbusların heç birinin mağaza, avtobus şüşəsi sındırdığı görünməyib. Yalnız Arif Alışlının avtobusa iki təpik vurduğu videokadrda göründü.

DAHA İKİ HEYDƏR ƏLİYEV MƏRKƏZİ AÇILDI

Azərbaycandakı Heydər Əliyev Mərkəzləri sırasına ikisi də əlavə olundu. Avqustun 15-də Prezident İlham Əliyev Şabranda və Siyəzəndə Heydər Əliyev Mərkəzlərinin açılışında iştirak edib.

«Azərbaycan» qəzeti həmin mərkəzlərin açılışından məqalələr dərc edib:

«Şabran şəhərində inşa olunan Heydər Əliyev Mərkəzi də ulu öndərin zəngin həyat yolunun səhifələrini vərəqləməyə, Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmağa imkan verir. Buradakı zəngin materiallardan da aydın görünür ki, Heydər Əliyev ən mürəkkəb, ən çətin vəziyyətlərdə belə, təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri müdrikliklə, uzaqgörənliklə qiymətləndirib mənsub olduğu xalqın, ölkəsinin maraqlarını praqmatik düşüncəsi və təcrübəsi ilə dəqiqliklə hesablaya bilən lider olmuşdur. Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıtmışdır. Müstəqil Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacarmışdır…».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG