Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:55

Türkiyə futbol oyunlarının alınıb-satılmasında ittiham olunan klublar cəzalandırılmadı


Ötən ilki Türkiyə futbol çempionatında – Superliqada oyunların nəticələrinə təsir etməkdə ittiham olunan klublar cəzalandırılmayacaq. Türkiyə Futbol Federasiyaları sədri Mehmet Ali Aydınlar avqustun 15-də bu qərarı açıqlayıb.

Aydınlar qərarı hələ istintaqın başa çatmaması ilə əlaqələndirib. Federasiya prezidenti bildirib ki, yekun qərar vermək üçün rəsmi ittihamnamənin hazırlanmasını gözləyəcəklər.

Amma Türkiyə Futbol Federasiyası aparılan cinayət işi çərçivəsində həbs edilən və ya şübhəli qismində adı keçənlərin haqqında qərar verilməsini üçün Professional Futbol Dissiplin Komitəsinə həvalə edib.

Bu şəxslərin arasında Fənərbaxça klubu prezidenti Aziz Yıldırım, Beşiktaşın keçmiş məşqçisi Tayfur Havutçu da olmaqla 40-dan çox futbol adamının adı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG