Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:35

Google Motorola Mobility-ni 60 faiz bahasına alır


Google internet nəhəngi Motorola şirkətinin mobil telefonlar buraxan hissəsini alır. Google şirkətindən verilən açıqlamaya görə, Motorola Mobility səhmlərini birja dəyərinin 60 faiz bahasına, 12.5 milyard dollara almağa razılaşıblar. Hər iki şirkətin İdarə heyətləri alqı-satqını sazişini təsdiqləyib. Amma sazişi rəsmi antiinhisar qurumları da təsdiqləməlidir.

Motorola Mobility 2011-ci ilin yanvar ayında Motorola konsernindən ayrı hala gəlmişdi. Uzun müddət Apple və başqa şirkətlərdə rəqabətdə uduzan Motorola Google Android program təminatıyla telefonlar buraxandan yenidən özünə gəlməyə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG