Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:00

Qırğızıstanda deputatlara hücum edib, parlamentin iclasını pozublar


Qırğızıstanda bu gün yüzlərlə etirazçı deputatlara hücum edib və parlamentin iclasını pozublar. Onlar parlamentin binasının qarşısını kəsib və içəri girməyə çalışan deputatlara hücum ediblər.

Etirazçılar ötən il Bakiyev hakimiyyəti dövründə nümayişçilərə atəş açmaq əmri verənləri müdafiə edən qanun layihəsinin müzakirəsinə qəzəbləniblər.

Aprelin 7-də etirazçılara atəş açmaq əmri veriləndə 100 nəfər həlak olub, 300-ə yaxını yaralanmışdı.
XS
SM
MD
LG