Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:57

Bu barədə Gəncə şəhər prokurorunun köməkçisi Elnar Hüseynov məlumat verib.

Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Eldəniz Məmmədov xidməti «Makarov» tapançası ilə 1984-cü il təvəllüdlü Rövşən Məmmədova atəş açıb və onu qolundan yaralayıb. Sonradan güllə E.Məmmədovun yanındakı xidmət yoldaşı Maarif Ələsgərovun ayağından dəyib.

Baş leytenant E.Məmmədov Gəncənin Heydər Əliyev prospektində xidmət aparırmış. Təxminən saat 02:30 radələrində R.Məmmədov idarə etdiyi «Mercedes» markalı avtomobillə onların yanından keçirmiş. Polis leytenantı sürücüyə maqnitofonun səsini azaltmağı məsləhət görüb. Bu zaman onlar arasında mübahisə düşüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə iş açılıb. Bu maddədə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Daxili İşlər Nazirliyi bu barədə rəsmi məlumatında polis əməkdaşının ehtiyatsızlıqdan atəş açdığını bildirir. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Vəziyyətləri normaldır.

Günün bütün mövzuları

XS
SM
MD
LG