Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:20
Salyan rayonu Kürsəngi kəndində elektrik cərəyanının vurması nəticəsində bir ailənin 3 sakini ölüb. Faciə Ağayevlər ailəsinin həyatyanı sahəsində baş verib. «Demokratiyaya yardım» ictimai birliyinin sədri Emil Məmmədovun AzadlıqRadiosuna verdiyi məlumata görə, 6 yaşlı Əli Ağayev su nasosuna qoşulmuş elektrik naqilinə toxunub. Bəhruz Ağayev oğlunu xilas etmək istəyərkən cərəyan onu da vurub. Oğlunu və ərini xilas etmək istəyəndə Simuzər Ağayevanın özü də həlak olub.

Faciə baş verən ailədə yalnız 7 yaşlı qız sağ qalıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG