Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:37

Myanmanın müxalifət lideri tərəfdarlarıyla görüşə başlayıb



Myanmanın müxalifət lideri Aung San Suu Kyi həbs təhlükəsinə baxmayaraq bir günlük siyasi səfərə çıxıb.

Müxalifət lideri tərəfdarlarının müşaiyətiylə bazar günü Yanqundan Baqo şəhərinə yollanıb.

Bu noyabrın 13-də ev dustaqlığından azad edildikdən sonra onun atdığı ilk siyasi addımdır.

Demokratiya uğrunda Milli Liqanın rəhbəri Aun San Suu Kyi 7 il ev dustağı olub.

Onun rəhbərlik etdiyi hərəkat seçkilərdə iştirakdan imtina etdiyinə görə fəaliyyəti qadağan edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG