Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:29

Əfqanıstanda törədilmiş hücumda azı 16 adam ölüb


Əfqanıstanın Parvan əyalətində yerli qubernatorun iqamətgahına edilmiş hücum zamanı azı 16 nəfər öldürülüb, 30-a yaxın adamsa yaralanıb.

Çarikar şəhərində törədilmiş bu hücumda bir neçə intiharçı da iştirak edib.

Şahidlər hücum zamanı 5 güclü partlayış baş verdiyini deyirlər.

Qubernator Abdulla Basir Salanqinin sözlərinə görə hücum edənlərdən 6-sı intiharçı olub və hücum vaxtı binada iclas keçirilirmiş.

Parvan son vaxtlar Əfqanıstanın nisbətən sakit əyalətlərindən biri sayılırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG