Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:24

ABŞ Sdandart & Poorun hesabatını araşdırır


Birləşmiş Ştatlarda qiymətli kağızlar və birjalar üzrə xüsusi komissiya Sdandart & Poor agentliyinin ABŞ-ın kredit reytinqini 1 pillə aşağı salmasını araşdırır.

Wall Street Journal qəzeti adı çəkilməyən mənbələrə istinadla yazır ki, komissiya agentliyin istifadə etdiyi riyazi modeli və agentliyin əməkdaşlarından bu qərar barədə əvvəlcədən kimlərinsə xəbərdar olub-olmamasını araşdırır.

Amma qəzet hələlik agentliyin əməkdaşlarının şübhəli fəaliyyəti barədə elə bir fakt aşkarlanmadığını yazır.

Sdandart & Poor agentliyi bəyan edib ki, ABŞ-ın kredit reytinqi ona görə aşağı salınıb ki, konqresmenlər hələ də dövlət borcunun yaxın 10 il ərzində təxminən 4 trilyon dollar azaldılmasında yekin bir qərara gələ bilməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG