Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:51
Siqaret çəkən qadınların ürək xəstəliklərinə tutulma ehtimalları siqaret çəkən kişilərə nisbətən daha çoxdur. Tədqiqata görə, siqaret çəkən qadınların xəstəlik riski hər il getdikcə artır.

Minnesota Universitetindən Reyçel Huksleyin (Dr Rachel Huxley) başçılıq etdiyi tədqiqat qrupu 1966-2010-cu illər ərzində 44 min ürək xəstəsinin də daxil olduğu 2,4 milyon insanla bağlı araşdırmaları gözdən keçiriblər.

Araşdırma zamanı məlum olub ki, siqaret çəkən qadınların ürək damar xəstəliklərinə tutulma riski kişilərlə müqayisədə 25 faiz çoxdur. Həm də qadınlar və kişilər üçün risk fərqliliyi siqaret çəkdikləri hər ildə 2 faiz artır.

FƏRQİN SƏBƏBİ HƏLƏ AYDIN DEYİL

«Qadınlar arasında siqaret çəkmə halları geniş yayılır, bu isə ürək damar xəstəliyi riskidir» – Huksley və başçılıq etdiyi tədqiqat qrupu belə yazırlar.

«Ürək- damar xəstəliyi ilə bağlı riskin cinsə görə fərqli olmasının hansı mexanizmə əsaslandığı, bunun bioloji və ya siqaret çəkən qadınla kişinin fərqli davranışından irəli gəldiyi aydın deyil. Qadınlar, xüsusən də gənc qadınlar arasında siqaret çəkmə hallarının artdığı ölkələrdə tütün nəzarət proqramları olmalıdır».

SİQARET ÇƏKƏN QADINLARIN SAYI HƏR İL ARTIR

Dünyada 1.1 milyard siqaret çəkəndən hər beşincisi qadındır. Mart ayında aparılan tədqiqata görə, inkişaf etmiş ölkələrdə milyonlarla qadın xəstəlik və ölüm riski ilə üzləşir, çünki iqtisadi və siyasi statusları artdıqca daha çox siqaret çəkirlər.

Reyçel Huksleyin dediyinə görə, riskin cinslərə görə fərqli olmasının səbəbi hələ aydın öyrənilməyib:

«Amma bəzi faktlar var, məsələn, kişilərlə müqayisədə qadınlar siqaretdəki zərərli amilləri daha çox canlarına çəkirlər, tüstünü daha çox udurlar və daha intensiv siqaret çəkirlər».

Reyçel Huksley deyib ki, bu tədqiqatı tamamlamaq üçün növbəti araşdırması edəcək, araşdıracaq ki, siqaretlə bağlı bu amil digər xəstəliklərdə, məsələn, iflic xəstəliyində də özünü göstərirmi.

Günün bütün mövzuları

XS
SM
MD
LG