Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:44
«Akkord» tikinti şirkətinin Qazax rayonunun Daşsalahlı kəndində inşa etdiyi sement zavodundan işdən çıxarılan KXCP üzvü Şöhrət Məmmədzadə avqustun 13-də polis tərəfindən saxlanıb.

Bu barədə AzadlıqRadiosuna KXCP-nin Qazax rayon şöbəsinin sədri Xaləddin Abdalov məlumat verib.

Avqustun 12-də qalıq maaşını almaq üçün gedən Məmmədzadəni zavoda buraxmayıblar. Nəticədə narazılıq yaşanıb:

««Rosçot» pulu və qərarın çıxarışını almaq üçün gedibmiş, qapıçı buraxmayıb. O da bir az narazılıq edib, gileylənib. Oranın rəhbərliyi ərizə ilə şikayət edib ki, guya Şöhrət onları təhqir edib. Gözətçi ilə müdiriyyətin oturduğu ofisin arası 250 metrdir. Bu necə söydü ki, ordan eşitdilər? Bu, ağla sığmayan böhtandır, əvvəlki hadisələrə görə şərləyiblər».

Qazax rayon Polis İdarəsinin rəis müavini Feyruz Babayev isə AzadlıqRadiosuna bildirib ki, Ş. Məmmədzadə sərxoş halda ictimai qaydanı pozub:

«Gedib «Akkord»un gözətçiləri ilə mübahisə edib. Sərxoş vəziyyətdə nalayiq söyüşlər söyüb. Özü də etiraf edir ki, əsəbiləşdim, nalayiq sözlər işlətdim. Həkim rəyi də var ki, həqiqətən sərxoş olub».

Bir müddət əvvəl Ş. Məmmədzadə də daxil olmaqla 150-yə yaxın fəhlə vaxtlı-vaxtında əmək haqlarını ala bilmədiklərindən zavodda işi dayandırıb, aksiya keçirmişdilər.

Qazaxın Daşsalahlı kəndində sement zavodunun inşasına 2007-ci ildə başlanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG