Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:48

Azərbaycanda süd məhsullarında bağarsaq çöpü aşkar edilib


Foto arxiv
Foto arxiv
İsmayıllı şəhəri və İvanovka kəndində yerləşən pendir sexlərində istehsal edilən pendirlərdə bağarsaq çöpləri aşkar edilib.

Bu barədə APA agentliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayevə istinadla xəbər verir.

Yoxlama zamanı İvanovka kənd sakini Gennadi Timofeyevikə məxsus sexdən və İsmayıllı şəhəri Girdiman küçəsi - 5 ünvanında yerləşən Mirsəməd Cəfərova məxsus pendir sexindən götürülmüş təkrar nümunələrdə bağarsaq çöpləri aşkarlanıb və avqustun 18-dən etibarən həmin obyektlərin bağlanması barədə qərar qəbul edilib.

İmran Abdullayev həmçinin Bakının Xətai rayonunda yerləşən “Amal” firmasına məxsus camış qatıgından götürülmüş nümunaələrdə də bağarsaq çöpü aşkarlandığını deyir.

O yaxın günlərdə həmin firmada da yoxlama aparılacağını deyir.
XS
SM
MD
LG