Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:20

Suriya hakimiyyəti Latakiya şəhərinə ordu yeridib


Suriya hakimiyyəti şənbə günü Latakiya şəhəri və Livan sərhəddinin yaxınlığındakı qəsəbələrdən birinə ordu yeridib.

Müxalifət fəallarının sözlərinə görə, Latakiyyə şəhərinə 20-yə yaxın tank və zirehli texnika yeridilib.

İtkilər barədə məlumat yoxdur.

Cümə günü paytaxt Dəməşqin ətraf qəsəbələri də daxil olmaqla Homs, Hama, Aleppo və Deyr əl Zor şəhərlərində azı 11 aksiyaçının öldürüldüyü xəbər verilir.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilib.
XS
SM
MD
LG