Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:35

Pakistanda oğurlanmış ABŞ vətəndaşının adı açıqlanıb


İslamabaddakı ABŞ səfirliyi Lohar şəhərində oğurlanmış ABŞ vətəndaşının adını açıqlayıb.

Səfirliyin əməkdaşı onun Uorren Uaynstayn (Warren Weinstein) olduğunu deyir.

O şənbə gününə keçən gecə Loharda yaşadığı evdən oğurlanıb.

Hücum edənlərin 10 nəgər olduğu bildirilir.

Yerli polis idarəsinin əməkdaşı onun gecə saat 4 radələrində oğurlandığını deyir.

Məlumatlara görə o Pakistanın geridə qalmış rayonlarında inkişaf layihələri həyata keçirən firmalardan birində çalışırmış.

İnsidentə görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.
XS
SM
MD
LG