Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:44

BMT-də Suriyadakı vəziyyətin müzakirəsi gözlənilir


BMT-nin təhlükəsizlik şurasında Suriyadakı vəziyyətin müzakirəsi gözlənilir.

İclasda təşkilatın insan haqları üzrə idarəsinin rəhbəri Navi Pilley (Navi Pillay) və
BMT-nin baş katibi Ban Kİ Moon-un hümanitar məsələlər üzrə köməkçisi Valeri Amos çıxış edəcəklər.

ABŞ dövlət katibi Hillari Clinton bu arada Hindistan, Çin, Rusiya və Avropa Birliyini
Suriyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Söhbət Suriyanın neft və qaz sektorundan gedir.

O həmçinin Rusiyanı Suriyaya silah satışını dayandırmağa çağırıb.

Dünən paytaxt Dəməşq də daxil olmaqla ölkənin iri şəhərlərində prezident Bashar
Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilib.

Təhlükəsizlik qüvvələrinin nümayişçilərə atəş açdığı, azı 13 nəfərin öldüyü xəbər verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG