Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:58

ABŞ vətəndaşı Pakistanda oğurlanıb


Pakistanın şərqindəki Lohar şəhərində ABŞ vətəndaşı evindən oğurlanıb.

Bu barədə yerli polis xəbər verir.

İslamabaddakı ABŞ səfirliyi məlumatı təsdiqləsə də onun kimliyinə aydınlıq gətirməyib.

Təkcə o məlumdur ki, o Pakistanın geridə qalmış rayonlarında inkişaf layihələri həyata keçirən firmalardan birində çalışırmış.

Bu insidentə görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG