Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:34

ABŞ səfirliyi Sülh və Demokratiya İnstitutunun binasının sökülməsi haqda


Sülh və Demokratiya İnstitutunun Bakının Şəmsi Bədəlbəyli küçəsində yerləşən ofisi sökülüb
Sülh və Demokratiya İnstitutunun Bakının Şəmsi Bədəlbəyli küçəsində yerləşən ofisi sökülüb
ABŞ-ın Azərbaycandakı səfirliyi Sülh və Demokratiya İnstitutunun (SDİ) binasının sökülməsi ilə bağlı açıqlama yayıb. Bundan «təşviş hissi keçirdiyini» bildirib.

Səfirlik qeyd edir ki, sökülmə rayon inzibati məhkəməsinin adıçəkilən mülkiyyətin sökülməsini və ya zəbt edilməsini qadağan edən 24 may tarixli qərarına zidd olaraq baş verib. Bundan əlavə, binanın sahibi respublika hüdudlarından kənarda olduğundan sökülmədən əvvəl binadakı əşya və sənədləri toplaya bilməyib.

ABŞ səfirliyi mülkiyyət hüquqlarının qorunmasını təmin etmək məqsədilə Azərbaycan hökumətini ziyan çəkmiş vətəndaşlarla açıq dialoqa çağırır. Mülkiyyət hüquqlarının və qanunun aliliyinin müdafiəsinin azad və inkişaf etmiş cəmiyyətdə əsas rol oynadığını vurğulayır.

Avqustun 11-də axşam saatlarında Sülh və Demokratiya İnstitutunun Bakının Şəmsi Bədəlbəyli küçəsində yerləşən ofisi sökülüb. Söküntü işləri 1 saylı inzibati iqtisad məhkəməsinin 24 may tarixli qətnaməsinə baxmayaraq həyata keçirilib.

ABŞ səfirliyindən əvvəl Avropa Birliyi də SDİ-nin ofisinin sökülməsini kəskin pisləyib.
XS
SM
MD
LG